Elm & Texnologiyaİran

İranda “signal” proqramı bloklanıb

Janviyənin 25-dən bəri İranda “Signal” proqramı filterlənib. Belə ki, “WhatsApp”ın öz gizlilik siyasətində dəyişikliklər etməsindən sonra onun istifadəçiləri başqa yazışma xidmətlərinə üz tutublar. Mütəxəssislərin ən güvənli messencerlərdən biri kimi qiymətləndirdiyi “Signal” iranlı istifadəçilərin marağına səbəb olub. Bu durum İran hökumətini həmin proqramı filterləməyə təhrik edib.

Janviyənin 15-də İranın “Cinayət Mohtəvasının Təyin Edilməsi üzrə İşçi Qrupu”nun əmri ilə “Signal” messenceri İrandakı onlayn mağazalardan yığışdırılıb.

Qeyd edək ki, İran əhalisi arasında ən çox “Telegram” yazışma xidmətindən istifadə olunur. Amarlara görə, İranın 81 milyonluq əhalisinin yarısından çoxu bu proqramın aktiv istifadəçisidir.

Related Articles

Bir cavab yazın

Back to top button