
İlkin məlumatlara görə, silahlı toqquşmaya səbəb bölgədə yerləşən Sepah qərargahının komandanı Canməhəmməd Canuki, onun üç qardaşı və bir neçə digər silahlı məmurun Zirukabad kəndinə girərək atəş açmaları olub.
Məlumatda Sepah məmurlarının bu hərəkətlərinə etiraz edən kəndlilərlə məmurlar arasında gərginlik yaşandığı və nəticədə hər iki tərəfin odlu silahdan istifadə etdiyi bildirilib. Sepah məmurlarının kəndə hücumunun mahiyyəti barədə hər hansı açıqlama verilməsə də, onların pərakəndə yanacaq satışı ilə məşğul olan kəndliləri həbs etmək üçün kəndə girdikləri ehtimal edilir.