İqtisadiyyatİran

İranda son dörd ayda yaşayış xərcləri yüzdə 50 çoxalıb

İranda gerçək dolanışıq səbədi 10 milyon tüməndən çox olsa da, ən az aylıq maaş təxminən 4 milyon tüməndir.

Hər il ciddi müzakirələr başlanmadan öncə Ali Əmək Şurasında “Aylıq Maaş Komitəsi” adlı üçtərəfli komitə yaradılır. Bu komitənin əsas vəzifəsi “ən az aylıq” məbləğini təyin etmək üçün “ən az yaşayış səbədi” ni hesablamaqdır.

İranda malların qiymətinin gerçək hesablamasına görə, ən az səbəd dərəcəsi 10 milyon 343 min tüməndir. Gerçək olmayan ən az səbət dərəcəsi isə 8 milyon 468 min tümən olaraq qiymətləndirilir.

Ancaq İranda işçilərin və baznişəstələrin ən az əmək haqqı təxminən 4 milyon 100 min tümən olaraq təyin olunur.

Məlumata görə, 1396-cı ildən bəri İranda işçilərin dolanışıq səbətinin rəsmi hesablamaları və ya Əmək Qanununun 41-ci maddəsinin ikinci bəndi Ali Əmək Şurasının rəsmi toplantılarında adi hala çevrilib.

Related Articles

Bir cavab yazın

Back to top button