İran

İranda son iki ayda 94 məhkum edam edilib

2023-cü ilin ilk iki ayı ərzində İranda 94 nəfər edam edilib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə çoxdur. Bu barədə Beynəlxalq Əfv Təşkilatının 2023-cü ilin ilk iki ayında İranda edamların statistikası ilə bağlı hesabatında bildirilib:

“Son aylar insan haqları təşkilatları, o cümlədən BMT İnsan Haqları Şurası dəfələrlə İranda edamların dayandırılmasına çağırış etməsinə baxmayaraq, 2022-ci ilin eyni dövrü ilə müqayisədə edamların sayında əhəmiyyətli artım var”.

Hesabatda, həmçinin İranın hakimiyyət orqanlarının məhbuslardan məcburi etiraflar almaq üçün onlara qarşı cinsi zorakılıq və digər işgəncə növlərini də tətbiq etdikləri vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button