İran

İranda son üç ayda ən azı 103 Türk mədəni fəal tutuldu

Ərdəbildə mədəni fəallarının bu şəhərin Ciral Parkında həbs olunmasından təxminən bir ay keçdi. Ailələrin və insan haqları fəallarının davamlı təqibinə baxmayaraq həbslərin davam etməsi və məhbusların vəziyyətindən xəbərdar olmamaları, sağlamlıq vəziyyətləri ilə bağlı narahatlıqları daha da artırdı.

27 Sentyabr 2020-cı il, bazar günü səhər, Azərbaycan Respublikası ilə Ermənistan arasında Dağlıq Qarabağ bölgəsi üzündən hərbi qarşıdurmaların ikinci turu başladı.

Bu qarşıdurmalara cavab olaraq, iki gün sonra Ərdəbilin Ciral Parkında etirazçılar “Dağlıq Qarabağın azadlığı üçün Azərbaycan Respublikasına dəstək” dedikləri bir etiraz mitinqi baş tutdu. Ərdəbil vətəndaşlarının dinc toplantısına cavab olaraq, İslam Respublikasının təhlükəsizlik qüvvələri ən az 20 nümayişçini şiddət və ağır döyülmə tətbiq edərək həbs etdilər.

Nəzarətə alınanlar 30 Sentyabr 2020-ci ildə Hakim Babək Nonəhalın sədrliyi ilə İstintaq İdarəsinin 10 saylı şöbəsində hər biri sərbəst buraxılmaq üçün 500 milyon Toman girovu ilə Ərdəbil Həbsxanasına köçürüldülər.

Onlara qarşı “rəhbərliyi təhqir etmək”, “ictimai qaydanı pozmaq və itaətsizlik”, “dövlət məmurlarının əmrlərinə tabe olmamaq” və “milli təhlükəsizliyə qarşı hərəkət etmək” ittihamları irəli sürülüb.

Son bir neçə gündə həbsdə olan beş vətəndaş 500 milyon Tomanın girov müqabilində müvəqqəti olaraq sərbəst buraxıldı. Ancaq parkdakı hadisələrdən iki gün sonra “Əsgər Əkbərzadə”, “Mehdi Huşmənd”, “Muctaba Pərvin”, “Mustafa Pərvin”, “Məhəmməd Colani”, “Bəhmən Xeyrcu”, “Murtaza Pərvin” və “Əli Xeyrcu” Ciral Parkı hadisələrindən sonra Ərdəbildəki evlərində tutuldular və hələ də Ərdəbil Mərkəzi Həbsxanası Müvəqqəti Gözaltı Mərkəzində (Şam Əsbi) saxlanırlır.

Ciral Parkında tutulanların yaxınlarından biri, iranwireə verdiyi müsahibədə bunları söylədi: “Həbs olunan fəalların ailələri hər gün məhkəmə və təhlükəsizlik orqanlarına müraciət edirlər, lakin bu günə qədər onlardan heç bir inandırıcı cavab almayıblar.”

Bu məlumatlı mənbə əlavə edir: “24 Oktyabr 2020 Şənbə günü ailələr Ərdəbildə Şəhid Beheşti Ədliyyəsinə getdikdən sonra, bu şəhərin məhkəmə işçiləri, məhbusların təyin edilməsi ilə bağlı israrlarına cavab olaraq, məhbusların işlərinin Tehran Kəşfiyyat Nazirliyinə təhvil verildiyini və onların baxışına görə saxlanmanın hələdə dəvam etməsi lazımdır və son qərarı onlar verəcəklər.”

3 Oktyabr Şənbə günü, Ərdəhildə Əli Xeyrcunun həyat yoldaşı Əfsanə Əkbərzadə, Ərdəbildə keçirilmiş son etiraz aksiyalarında bir qrup məhbus anası ilə birlikdə həyat yoldaşının və başqa tutulanların vəziyyətini izləmək üçün bu şəhərin 10 saylı istintaq şöbəsinə müraciət etdikdən sonra hakim Babək Nonəhal tərəfindən ciddi şəkildə təhqir edildi.

Əfsanə Əkbərzadənin Ərdəbil İstintaq Şöbəsi 10 saylı şöbəsinin rəhbərinin birbaşa əmri ilə Əli Xayrjounun və digər mədəni fəalların həbs olunmasına və təhlükəsizlik işçilərinin və Hakim Nonhalla rəftar və təhqir etmələrinə etiraz etdiyi üçün 24 saat saxlanıldığı bildirilir.

Yüzlərlə İran vətəndaşı mədəni fəalı və Türk vətəndaş 16 iyul tarixindən etibarən “Rusiyanın İranın hava məkanını və quru ərazisini Ermənistana silah ötürmək üçün istifadə etməsinə və İranin  silah dəstəyinə etiraz olaraq və Dağlıq Qarabağın azadlığı üçün Azərbaycan Respublikasına dəstəyinə qarşı etiraz mitinqləri ilə əlaqədar olaraq nəzarətə alındı.

Bir sıra türk mədəni fəalların həbsdə saxlanılmasına əlavə olaraq, onların çoxunun şəxsiyyəti hələ müəyyənləşdirilməyib və digər bir çox məhbusun vəziyyəti məlum deyil.

Ancaq bu baxımdan son 100 gündə 103 məhbusun adları İranwire tərəfindən təsdiqləndi.

Bəzi məhbuslar mitinqlər zamanı, bəziləri isə iş yerlərində və ya evlərində təhlükəsizlik qüvvələri tərəfindən tutulub.

Nəzarətə alınan bir sıra vətəndaş məhkəmənin sonuna qədər girov müqabilində sərbəst buraxılıb.

Iranwireə gələn xəbərlərə görə, 18 oktyabr Bazar günü Təbrizdə bir etiraz mitinqində tutulan 10 qadın və uşaq son günlərdə sərbəst buraxıldı.

Oktyabrın ilk cümə axşamı günü “Mina Vəlipur”, “Sara Turi” və “Məlihə (Həbibə) Bərqi”, 190 milyon Tümən, “Şima Əlmasi”, “Fatimə İbrahimzaə”, “Məhtab Əsğərinəjad” və “Eilin Şirzadi (Ana və qız) 40 milyon Tümən və Hakimə Əhmədi məhkəmənin sonuna qədər 200 milyon Tümən girov müqabilində sərbəst buraxıldılar.

Fatimə İbrahimzadənin 13 yaşındakı uşağı Kosət Neməti, 24 saat həbsdə qaldıqdan sonra 19 Oktyabr Bazar ertəsi günü sərbəst buraxıldı.

Səkinə Əbdi də dörd gün həbsdə qaldıqdan sonra xəstəlik səbəbiylə 21 Oktyabr Çərşənbə günü sərbəst buraxıldı.

Son günlərdə 16 iyul etiraz mitinqlərində tutulan 13 Təbrizli vətəndaşın ittihamı ilə də məhkəmə prosesi keçirildi.

Bu vətəndaşların şəxsiyyətləri “Mehdi Əsədi Golzar”, “Sadeiq Partov Beyrəq”, “Əli Moradiyan”, “Yasmən Zəfəri”, “Behzad Şeyxi”, “Rəhim Sasani”, “Hadi Qolizadə”, “Həkimə Əhmədi”, “Məcid Əkbəri”, “Sədollah Sasani”, “Əli Ab Xezr”, “Əbülfəz İbrahimzadə” və “Mehdi Purəli Xumarlu” olaraq “iranwire” tərəfindən təsdiqlənib.

Təbrizdə yaşayan bu vətəndaşlar, müdafiələrini təqdim etmək üçün bu şəhərin İnqilab Məhkəməsinin 16 saylı şöbəsinə qatıldıqdan sonra 100 milyon Tümən girov məbləğini 200 milyona çoxalması ilə qarşılaşdılar.

Məhkəmə prosesinin ilkin mərhələsində Azərbaycanlı fəallara “ictimai qaydanı pozmaq” ittihamı irəli sürüldü.

23 Sentaybr tarixində evində əmri olmadan tutulan digər Təbriz vətəndaşı Abdullah Saduqi, dindirmə prosesindən sonra noyabrın ilk cümə axşamı günü Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasından bu şəhərin mərkəzi həbsxanasına köçürüldü.

Təhlükəsizlik qüvvələri tərəfindən 4 oktyabrda Təbrizdəki şəxsi evində bir hökm olmadan tutulan Zeynal Tənhayi, məhkəməyə qədər 500 milyon Tümən girov müqabilində sərbəst buraxıldı.

Son günlərdə Rəştdə yaşayan mədəni fəallar “Vədud Əsədi” və “Məhəmməd Eyni”, “İbrahim Gənci” və “Vəhid Beygzadə” məhkəmənin sonuna qədər girov müqabilində sərbəst buraxıldılar.

“Rəsul Rəzəvi” və “Əkbər Muhaceri” də 24 Oktyabr Şənbə günü Təbriz Kəşfiyyat İdarəsindən şəhərin mərkəzi həbsxanasına köçürüldü.

Rəsul Rəzəvi və Əkbər Muhaciri, “Hüseyin Əmir Hicri” və “Hüseyni Məhəmmədiyan” ilə birlikdə, təhlükəsizlik qüvvələrinin evlərinə basqın etdiyi 17 oktyabr, Təbrizdəki bazar günü mitinqindən bir gün əvvəl həbs olundular. Hüseyin Əmir Hicri və Hüseyin Məhəmmədiyan da Təbriz Kəşfiyyat İdarəsində saxlanılır.

Eyni zamanda, 18 oktyabr Bazar günü şəhərdəki etiraz mitinqi zamanı həbs olunan Təbrizdəki hüquq məzunu və mədəni fəalı “Süleyman Əlizadə”nin vəziyyəti haqqında məlumat yoxdur.

Digər tərəfdən, “Səid Soltani” və “Babək Kiyumərsi”nin həbs olunmasından 22 gün sonra, Seyid Əli Musəvinin rəhbərlik etdiyi Təbriz İnqilab Məhkəməsinin 16 saylı şöbəsinin müstəntiqi, Culfalı mədəni fəalların girov və sərbəst buraxılmasından “işi tamamlamamaq” bəhanəsi ilə imtina etdi.

Türk mədəi fəalların çağırılması və tutulmalarında misilsiz artım, həbs zamanı döyülmə, həbsxanalarda işgəncə, həbsxanalarda lazımi tibbi xidmətin olmaması, məhkumların ziyarətinə və ailələrlə telefon əlaqəsinə mane olmaq, həbs və məhbusların vəziyyəti barədə məlumatın olmaması, rəsmilərin həbslər barədə məlumat verməmələri və mədəni fəallarının ailələrinin artan təzyiq və təhdidlər son 100 gündə hüquq müdafiəçiləri və məhbusların ailələri arasında etiraz və narahatlıq dalğasına səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button