İran

İranda stadionlara giriş qadağan edildi

İran Futbol Liqası Təşkilatının yaydığı məlumata görə, ölkədə keçirilən futbol yarışlarında bütün oyunlar tamaşaçıların iştirakı olmadan keçiriləcək.

Məlumatda yeni qərarın Daxili İşlər Nazirliyinin koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı çağırışına əsasən verildiyi qeyd olunub.

Ancaq yeni qərarın hökumətin mayın 6-dan ərzaq qıtlığı və bahalığa qarşı başlayan etiraz aksiyalarının daha da genişlənməsindən qorxduğu ilə bağlı olduğu ilə bağlı olduğu bildirilir.

Bundan bir neçə ay öncə gündəlik koronavirus qurbanlarının sayının 3 rəqəmli olduğu halda stadionlara girişə icazə verilmişdi.

Hal-hazırda ölüm sayının bir rəqəmli olduğu halda koronavirusun yayılmasının qarşısının alınmasına görə belə qərarın qəbul edilməsi inandırıcı görünmür.

Related Articles

Bir cavab yazın

Back to top button