az

İranda su böhranı yaşana bilər

“İnsanların yeraltı suları düzənsiz istifadə etməsi İranda quraqlığa yol açır” adlı məqalədə 2002-2015-ci illərdə ölkənin su hövzələri haqda bilgilər, yeraltı sulara təsir edən ünsürlər araşdırılıb. Müəllifləri araşdırmacı Samane Əşrəf, Əli Kazemi ilə Əmir Ağakuçekinin olduğu məqalədə həmin dövrdə yeraltı suların ümumi təxliyyəsinin 74 kilometr mükəəb olduğu bildirilib. İranın su ehtiyatlarının yüzdə 77-nin həddindən artıq istifadə edilməsinə diqqət çəkilib. Nəticədə torpağın həddindən artıq şoranlaşacağı və torpaq çökməsi ola biləcəyi vurğulanıb. Müəlliflərin fikrincə, yeraltı qaynaqların tükənməsinə quraqlıqdan daha çox çeşidli bölgə sakinlərinin suyu həddindən artıq çıxarması səbəb olur. Məqalədə su hövzələrinin düzgün istifadə edilməməsinin yaşam çevrəsinə, yeyinti ilə ictimai-iqtisadi əmniyətinə təhdid ola biləcəyi barədə uyarı edilib.

Related Articles

Bir cavab yazın

Back to top button