İran

İranda şübhəli yanğınlar davam edir

İranda “Semnanın Şahid Bakeri tərkibi sikl niruqahı”nda yanğın olub. Bu barədə Semnan şəhər Yanğınsöndürmə İdarəsinin rəisi məlumat verib. Belə ki, yanğının Semnan-Damğan maşın yolunun 10-cu kilometrində yerləşən ərazidə baş verdiyi deyilir. Səid İsmayılpur bildirib ki, bilgi əldə olunan kimi Semnan və sənaye şəhərciyindən yanğınsöndürənlər olay yerinə cəlb olunublar.
Bu, İranda son həftələrdə baş verən bir sıra şübhəli partlayış və yanğınlardan ən yenisidir. Hazırda olayın baş vermə səbəbləri məlum deyil. İlkin ehtimallara görə, yanğın havanın isti olması və 20 milyon litrlik tankerdən dizelin daşması nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, İran mətbuatı Tehran yaxınlığındakı Cəcrud sənaye şəhərciyində güclü yanğının baş verməsi barədə xəbər verib.

Related Articles

Bir cavab yazın

Back to top button