İran

İranda süd istehlakı azalıb

Dünyada adambaşına düşən illik süd məsrəfi 180 litrdir. Ancaq İranda adambaşına illik süd məsrəfi 50-60 litrə enib. Məsələ ilə bağlı Süd Məhsulları Birliyinin Rəisi Zəfəri məlumat verib. Onun sözlərinə görə, dövlətin yetərli dəstək verməməsi süd məhsulları məsrəfinin azalmasının əsas səbəbidir. Ölkəyə quru südün varid edilməsi də azalıb. Süd və süd məhsullarının kəskin bahalaşması isə insanların alıcılıq qabiliyyətini aşağı salıb. Vurğulayaq ki, Güney Azərbaycanda çağdaş karxanalar olmadığına görə, əsnaf məhsulları İranın başqa bölgələrinə göndərməyə məcbur olur.

Related Articles

Bir cavab yazın

Back to top button