İran

İranda təhsil işçilərinin sosial mediadan istifadəsi məhdudlaşdırılacaq

İranda müəllimlərin və başqa təhsil işçilərinin sosial mediadan istifadəsinə və paylaşımlarına nəzarət ediləcək.

Bu barədə İranın təhsil naziri Rza Murad Səhrayi mediaya verdiyi müsahibədə deyib.

O, sosial media və internetdən istifadə sahəsində boşluqlar olduğunu və bunun aradan qaldırılması üçün yeni qaydalar hazırlandığını bildirib.

Qeyd edək ki, nazirin bu çıxışı, xüsusilə son həftələr onlarla müəllimin sosial mediadakı tənqidi paylaşımlarına və repressiyalara etiraz etdiklərinə görə işdən qovulmaları ilə eyni vaxta təsadüf edir.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button