İran

İranda təhlükəli virusla bağli son vəziyyət

İranın Sağlıq Vəzirliyinin açıqlamasına görə, ölkədə virusa yoluxan və mərizlikdən ölənlərin sayında azalma görünür. Koronavirusla Mübarizə İdarəsinin sözçüsü Əlireza Rəisi bildirib ki, “Kvaks” şirkətindən alınan 16 milyon 800 min doz vaksənin gələn 2 ayda ölkəyə gətirilməsi gözlənilir. Sözügedən vaksənlərin isə hansı ölkədən alınması barədə məlumat verilməyib.
Bildirək ki, ötən 1 gündə İranda daha 83 nəfər virusdan həyatını itirib. İranın Sağlıq, Müalicə və Tibbi Təhsil Vəzirliyinin sözçüsü Sima Sadat Lari deyib ki, bununla da mərizlik qurbanlarının sayı 56 886 nəfərə yüksəlib. Vəzirlik məqamının sözlərinə görə, son 24 saatda 5 806 nəfər koronavirusa yoluxub. Beləliklə, təhlükəli mərizliyə tutulanların sayı 1 336 217 nəfərə çatıb. Virus daşıyıcılarından 4 348 nəfərin vəziyyəti isə ağır olaraq dəyərləndirilir. Rəsmi məlumata dayanaraq, İranda indiyədək 1 125 499 nəfər koronavirusdan müalicə olunaraq sağalıb.
Hazırda ölkədə 10 şəhər qırmızı, 23 şəhər narıncı, 163 şəhər sarı, 252 şəhər isə mavi bölgə hesab edilir.

Related Articles

Bir cavab yazın

Back to top button