İran

İranda tələbə təşkilatları vaksinlərlə bağlı şəffaflıq tələb ediblər

İranın müxtəlif danişqahlardan olan öyrəncilər dövlətin etibarlı vaksinlərlə bağlı şəffaf bilgi verməsini istəyən bəyanat yayıblar. 48 öyrənci təşkilatının hazırladığı bəyanatda koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlərə yenidən baxılması istənilib. İranın böhran müdriyyətinin koronavirusun yayılmağa başlamasından bəri gerçəkləri gizlətməyə çalışdığı vurğulanıb. Öyrəncilər Dünya Sağlıq Təşkilatının önərisinə uyğun olaraq pulsuz vaksinasiyonun başladılmasının vacibliyini bildiriblər. Bəyanatda rəsmi açıqlamalara istinadən 57 min nəfərdən çox insanın koronavirusdan ölməsinə diqqət çəkilib. İztirari olaraq gərəkən işlərin görülməsinin zəruriliyindən söz açılıb. Qeyd edək ki, İranın xarici işlər vəziri Məhəmməd Cavad Zərif Rusiyadan vaksin almaq üçün müzakirələr aparılacağını bildirib. Bununla yanaşı İranın Kuba ilə birlikdə vaksin hazırlamağa başlayacağı açıqlanıb. Xatırladaq ki, Əli Xamenei Amerika və İngiltərə vaksinlərinin ölkəyə gətirilməsini qadağan edib. Bir çox ölkədə koronavirusa qarşı vaksinasiyonun başladılmasına baxmayaraq, İranın bu məsələ ilə bağlı hansı addımı atacağı bəlli deyil.

Related Articles

Bir cavab yazın

Back to top button