İran

İranda havanın çirklənməsi təhlükəli həddə çatıb

Afmosferdə səmmli qazların miqdarının artması havanın çirklənməsini sürətləndirir. İranın Çevrə Təşkilatının Milli Hava və İqlim Dəyişikliyi Mərkəzindən verilən məlumata görə, ölkədə havanın çirklənməsi təhlükəli həddə çatıb. Bu hal insanlar arasında ağciyər xərçənginin yaranması riskini artırır. Mütəxəssislərin fikrincə, atmosfer qatındakı səmmli qazlar radioaktiv maddələrdən daha təhlükəlidir. Çevrə Təşkilatının Milli Hava və İqlim Dəyişikliyi Mərkəzinin rəisi Mehdi Mirzayi Qomi bildirib ki, Dünya Sağlıq Təşkilatının hesablamalarına görə, ölkənin müxtəlif şəhərlərində, özəlliklə sənaye şəhərciklərində havanın çirklənməsi kəskin artıb. Qeyd edilib ki, Tehranda hər il 2.5 mikrondan az olan 10 min tondan çox hissəcik havaya yayılır. Dünya Bankının 2018-ci ildə apardığı araşdırmalar göstərir ki, havanın çirklənməsi Tehrana illik 2.6 milyard dollar ziyan vurur.

Related Articles

Bir cavab yazın

Back to top button