İran

İranda tələbələrə qarşı təzyiqlər artıb

İran hökuməti “Qadın, Həyat, Azadlıq” şüarı altında etiraz aksiyalarının ildönümü və universitetlərin yeni dərs ilinə açılması ərəfəsində tələbələrə qarşı təzyiqləri genişləndirib.

Tələbə Həmkarlar Birliyi təhlükəsizlik orqanlarının son günlər Tərbiət Modərres Universitetinin ən azı 12 tələbəsi ilə telefon danışığı apardığı barədə məlumat yayıb.

“Hökumətin bu repressiv addımları Məhsa Əmininin (ötən il “Əxlaq” polisi tərəfindən məcburi hicab bəhanəsi ilə öldürülən 22 yaşlı gənc qız) qətlinin ildönümünün yaxınlaşması ilə tələbələrin kütləvi etirazlarından qorxuya düşərək, əvvəlcədən onlar arasında fikir ayrılığı yaratmağa hesablanıb”, – deyə qurumdan bununla bağlı bildirilib.

#İran #hicab

Related Articles

Bir cavab yazın

Back to top button