İran

İranda təqaüdçülər etiraz mitinqi keçirdilər

Bazar ertəsi günü İctimai Təmin Sazmanının bir qrup baznişəstəsi müstəmirri haqlarının eyniləşdirilməsi qaydasına, baznişəstəlik məbləğinin cüzi olmasına və İctimai Təmin Sazmanının baznişəstələrinin müstəmirri məbləğinin dövlət işçilərinin aldıqları müstəmirri məbləği ilə bərabər olmamasına etiraz etmək üçün Tehranda Bərnamə və Büdcə Təşkilatının binası qarşısında mitinq keçiriblər.

Etirazçılar “Müstəmirri haqları rialla, xərclərimiz dolarla”, “Hüquqlarımızı alana qədər sakitləşməyəcəyik”, “Əmniyət, dolanışıq bizim danılmaz hüququmuzdur” kimi şüarlar səsləndiriblər.

Məlumata görə, etiraz edən baznişəstələrin sözlərinə görə, onların müstəmirri məbləği dövlət məmurları və nizamilərin müstəmirri haqları ilə müqayisədə çox aşağıdır və eləcə də İctimai Təmin Sazmanının təqaüdçülərin yüzdə 76-ı əhalinin yoxsul təbəqəsi sayılır.

Baznişəstələr, habelə açıqlama yayaraq, doların qiymətinin 17.500 tümən təyin edilməsini, hansı ki Məclisin gündəliyinə salınıb, onlar və fəhlələrin ailələri üçün çox böyük mənfi təsirinin olduğunu bəyan edərək, bu addımı tənqid etdilər.

Related Articles

Bir cavab yazın

Back to top button