İran

İranda təyyarə biletlərinin qiyməti artdı

Yanvarın 24-də İranda sərnişin təyyarələrinin biletlərinin qiyməti 30% artırılıb.

Bu abrədə İran Aviaşirkətlər Assosiasiyasının katibi Maqsud Əsədi Samani açıqlama verib.

Bundan öncə Mülki Aviasiya Təşkilatının rəhbəri Məhəmməd Məhəmmədibəxş aviaşirkətlərin xarici valyuta məzənnəsi və xərclərin artması ilə əlaqədar təyyarə biletlərinin qiymətinin artırılması barədə müraciət etdiklərini bildirmişdi.

İranın sərnişin hava donanmasının 400-ə yaxın təyyarəsi olduğu halda, hazırda bu onların təxminən 115-i fəaliyyət göstərir.

Qeyd edək ki, ekspertlərin fikrincə, İranın hava donanmasının yenidən qurulması üçün ən azı 400 yeni təyyarə lazımdır, ancaq ölkənin iqtisadi vəziyyəti, hökumətin yanlış siyasəti və nüvə proqramlarının yaratdığı iqtisadi sanksiyalar bu donanmanın yenidən qurulması və modernləşdirilməsinə mane olub.

Related Articles

Bir cavab yazın

Back to top button