İran

İranda tanınmış rejissor Mustafa Ali Əhməd 6 il həbs cəzasına məhkum edilib

Bundan öncə iyul ayında saxlanılan tanınmış rejissor Mustafa Ali Əhməd 6 il ay həbs cəzasına məhkum edilib.

Rejissor iyul ayının 8-də başqa rejissor həmkarı Məhəmməd Rəsulovla birlikdə təhlükəsizlik məmurları tərəfindən həbs edilmişdi.

Onun həmçinin həbs müddəti bitdikdən sonra 2 il siyasi, ictimai, mədəni qurumlara üzvl olmasına, sosial mediaya qoşulmasına və ölkədən çıxmasına qadağa qoyulub.

Qeyd edək ki, mayın 29-da 100 rejissor və kinematoqrafçının “silahını yerə qoy” başlıqlı bəyanatından sonra İranın təhlükəsizlik məmurları bəyanatı imzalayanları təhdid etməyə başlayıblar.

Sözügedən bəyanatda müəlliflər silahlı qüvvələri və polisləri silahlarını yerə qoymağa və xalqa qarşı başladılan repressiyalarda iştirak etməməyə çağırıb.

Related Articles

Bir cavab yazın

Back to top button