Bu barədə İran Tibb Bacıları Birliyi Qrupu bəyanat yayıb.
Bildirilib ki, hakimiyyətin tibb bacılarının tələblərinin yerinə yetirilməsi ilə bağlı vədləri özünü doğrultmayıb.
Bəyanata görə, etiraz aksiyası sentyabrın 7-i səhər saat 09:00-da Tehranda parlament binasının qarşısında, başqa şəhərlərdə isə valilik və ya fərmandarlıq binalarının qarşısında keçiriləcək.
Qeyd edək ki, son 1 ay ərzində İranın 37 şəhərinin 60 xəstəxanasının on minlərlə tibb bacısı etiraz aksiyaları keçiriblər.
Onlar əmək haqlarının az olması, vaxtında ödənilməməsi, əlavə iş saatlarına görə vəsait nəzərdə tutulmaması və qanunla nəzərdə tutulan başqa hüquqlarının təmin olunmamasından narazılıq edirlər.