İran

İranda torpaq çökməsi təhlükəli həddə çatıb

İranda torpaqların çökməsi inkişaf etmiş ölkələrin orta göstəricisindən 90 dəfə çoxdur.

İranda torpaqların çökməsi inkişaf etmiş ölkələrin orta göstəricisindən 90 dəfə çoxdur.

Bu barədə İsfahanın İran Əyalətləri Ali Şurasındakı nümayəndəsi Məhəmmədrza Fəllah deyib.

“İranda torpaqların çökməsi fenomeni inkişaf etmiş ölkələrin orta göstəricisindən az qala 90 dəfə çoxdur və bu get-gedə artmaqda davam edir”,- o, bildirib.

Fəllahın dediyinə görə, torpaq çökməsi infrastruktur, kənd təsərrüfatı, yollar, körpülərlə yanaşı tarixi abidələrində məhv olmasına səbəb olur.

Qeyd edək ki, hazırda İranda torpaq çökməsi beynəlxalq səviyyədə qəbul olunmuş standartlardan 10 dəfə artıqdır və ölkə düzənliklərinin 70%-da bu ekoloji problem yaşanır.

Related Articles

Bir cavab yazın

Back to top button