İran

125 britanilayalı parlamentari SEPAH-ı terrorçu kimi tanımağı tələb edib

Böyük Britaniyanın İcmalar və Lordlar Palatasındakı müxtəlif partiyaların 125 nümayəndəsi bu ölkənin baş naziri Rişi Sunaka ünvanladığı məktubda SEPAH-ın terror təşkilatları siyahısına salınmasını tələb edib.

SEPAH-ın Yaxın Şərqdəki dağıdıcı fəaliyyətinə toxunan bu nümayəndələr təşkilatın yaratdığı təhlükənin artdığını və Britaniyada terror əməliyyatlarına cəhd göstərdiyini qeyd ediblər.

Qeyd olunub ki, əsas narahatlıq doğuran məsələ Britaniyada terror planlarının açıqlanması, cinayətkar dəstələr tərəfindən ölkənin yəhudi vətəndaşları haqqında məlumatların toplanmasıdır.

Related Articles

Bir cavab yazın

Back to top button