Azərbaycanİran

Iranda Türk faktorunu zəifledib yox etmək planı

Bildiyimiz kimi Iranda Türk faktorunu zəifledib yox eləmək üsullarından biri kimi ölkənin coxsaylı ostanlara (vilayətlərə) bölünməsi siyasəti yürüdülüb.  Bu siyasət mərkəzi hakimiyyətə etnik bölgələrin mərkəzləşməsinin qarşısını almağa kömək edib.

Belə ki Azərbaycan Türklərin yaşadığı bölgə Pəhləvi və sonra “molla rejimi” dönəmində dəfələrlə bölüşdürülərək Azərbaycan vilayəti yerində Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan ostanları yaradılıb ki, Təbrizin mərkəz nüfuzu zəifləsin. Eləcə də bir cox Türk bölgələri qeyri-Türk bölgələri ilə qatışdırılaraq Qəzvin, Həmədan, Kərəc ostanları yaranıb. Dediyim kimi, Təbriz böyük bir regionun mərkəzi ikən bölünmə nəticəsində kicik bir 4-4.5 milyon əhalisi olan Şərqi Azərbaycan ostanının mərkəzinə çevrilmişdir.

Lakin diqqət edilməyən bir faktor var ki, əslində bizim Güneydəki hərəkat liderləri hansısa bir formada yararlana bilərlər.
Belə ki 2014-cü ildə İran dövlətinin inzibati-siyasi bölgüsündə ostanlardan daha yuxarı dərəcəli inzibati vahid olan Regionlar yaradılıb. Belə ki 31 ostan qruplaşdırılaraq 5 Regionda birləşib və Regionun ən böyük şəhəri mərkəz statusu qazanıb.

Xəritədən göründüyü kimi 4 əsas Azərbaycan ostanı (Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəngan) və əlavə olaraq Gilan və Kürdüstan ostanları Təbriz mərkəz olmaqla REGİON 3-də birləşiblər.

Regionların siyasi nüfuzu hələ oturuşmayıb. Amma bu komək edir ki, hər Regiona daxil olan ostanlar öz aralarındakı bir çox probemləri və birgə layihələri Tehrana müraciət etmədən region daxilində həll etsinlər.

Güney Azərbaycanın tarixi ərazisinin cox hissəsinin daxil olduğu Region 3-də Təbrizin mərkəz funksiyası daşımasından yararlanaraq düşünüb onu bu regionun Tehandan asılı olmayan siyasi mərkəzinə çevirmək olarmı?

Müstəqil tədqiqatçı Huseyn Ilteber

Related Articles

Bir cavab yazın

Back to top button