İran

İranda üç məhkum edam edilib

Onlar İsfahan, Şiraz və Kərəc şəhərlərində dar ağacından asılıblar.

İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, İsfahanın Dəstgird, Şirazın Adilabad və Kərəcin mərkəzi zindanında 3 məhbsu edam edilib.

İsfahanda Əhməd Kəşul qətldə ittiham olunduğu, Kərəcdə Ayət Qasimi Delfani və Şiraz zindanında isə Əbdülbari Rigi adlı şəxslər bundan öncə narkotik maddələrin alverində günahlandırıldıqları üçün edam ediliblər.

Məlumatda bildirilir ki, edamdan öncə məhkumların ailələrinə onlarla görüşmək üçün xəbər verilməyib və edam hökmü icra edildikdən sonra ailələrinə məlumat verilib.

Related Articles

Bir cavab yazın

Back to top button