Dünyaİran

Senatorlar Baydendən İranın neft sanksiyalarını tam şəkildə yerinə yetirməsini istədilər

Səkkiz respublikaçı senator Amerika xarici işlər və maliyyə nazirlərinə yazdıqları məktubda İranın neft gəlirlərinin artması ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Senatorlar Co Bayden administrasiyasından İranın neft sanksiyalarını tam şəkildə həyata keçirməsini tələb ediblər.

Onlar Bayden administrasiyası hakimiyyətə gələndən bəri Çinin İrandan 47 milyard dollar neft almasına diqqət çəkərək, Tehranın neft qaçaqmalçılığı üçün istifadə etdiyi gəmilərin sayının kəskin artdığını qeyd ediblər.

Senatorar İran donanmasının qaçaqmalçılıq vasitəsinə çevrildiyini və 2021-ci ildə bu gəmilərin sayının 60 olduğu halda, hazırda onların sayının 338-ə çatdığını bldiriblər.

“İran neftdən əldə etdiyi gəlirlərdən İran xalqının etirazlarını yatırmaq, terrorçu qruplaşmaları dəstəkləmək, Amerika əsgərləri və diplomatlarına hücum etmək, Ukrayna müharibəsində Rusiyaya dəstək vermək üçün istifadə edir”,- respublikaçı senatorlar vurğulayıblar.

Related Articles

Bir cavab yazın

Back to top button