Elm & Texnologiyaİran

İranda Xomeyninin adını daşıyan kosmodromda raket partladı

İranın şimalında yerləşən Ruhulla Xomeyni adını daşıyan kosmodromdan raketin buraxılması uğursuzluqla nəticələnib.

Aznews.tv xəbər verir ki, “Planet” şirkətinin təqdim etdiyi fotolarda raketin start meydançasında partladığı görünür.

“Görünür, start meydançasında daşıyıcı raketin partladığını görmək olar. Orada nə baş veribsə, söhbət partlayışdan gedir. Oradakı tüstülənən qalıqları görə bilərsiniz”, – deyə Middlberi Beynəlxalq Araşdırmalar İnstitutunun əməkdaşı Devid Şmerler qeyd edib.

Fotoşəkillərdə həqiqətəndə start meydançasında duran raketin ətrafında tüstü olduğu görünür.

Məlumata görə, 2019-cu il başlayandan bu artıq İranın sayca 3-cü uğursuz cəhdidir.

İlk iki uğursuz cəhd cari ilin yanvar və fevral aylarında baş verib.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button