İran

İranda yay mövsümü başlayıb: 10 minə yaxın polis məcburi hicaba görə sahillərə yerləşdirilir

İranın şimal sahillərində yerləşən çimərlik və istirahət məkanlarında məcburi hicab qaydalarına nəzarət üçün 7 min polis qüvvəsinin yerləşdirilməsi nəzərdə tutulur.

Bununla bağlı İranın Polis Komandanlığının briqada generalı Qasım Rzayi açıqlama verib.

İnsanlara sərt xəbərdarlıq edən polis komandanı bildirib ki, yay mövsümünün başlaması ilə çimərliklərdə məcburi hicab qaydalarının pozulması ilə bağlı ciddi tədbirlər görüləcək.

“Polis qüvvələrinin təzyiqi həm qadın, həm də kişilərə qarşı olacaq. Hicab kimi qanun normalarına əməl etməyən hər kəs açıq-aşkar cinayət işləmiş olur və bu problemi həll etmək polisin borcudur”, – deyə Qasım Rzayi əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button