İran

İranda yeni inflyasiya dalğası barədə xəbərdarlıq edildi

İranın Statistika Mərkəzi ölkənin inflyasiya vəziyyəti ilə bağlı son hesabat yayıb.

Bildirilib ki, İranda bu ilin yanvarında şəhər yerlərində istehlak qiymətləri göstəricisi qida sektorunda keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 70%, kənd sektorunda isə hətta 70%-dən də çox olub.

İran Statistika Mərkəzinin yüksək qiymət artımı ilə bağlı yaydığı məlumatda qarşıdakı aylarda inflyasiyanın dahada artacağı barədə xəbərdarlıq edib.

İran parlamentinin Tədqiqat Mərkəzi də 2023-cü il üçün inflyasiyanın 40%-dən yuxarı olduğunu təsdiq edən hesabatında bildirib ki, ölkənin aşağı iqtisadi artım tempinə görə bu il İranda yoxsulluğun artacağı gözlənilir.

Related Articles

Bir cavab yazın

Back to top button