İran

İranda yeni nazir təyin olundu

İran prezidenti İbrahim Rəisi idman və gənclər naziri Həmid Səccadinin istefasını qəbul etdikdən sonra Kyomaərs Haşimini bu nazirliyin rəhbəri təyin edib.

Bu barədə İranın dövlət mediası məlumat yayıb.

Keçmiş nazir Həmid Səccadinin istefasının onun səhətti ilə bağlı olduğu iddia edilsə də millət vəkilləri bunun əksini deyirlər.

İran parlamentinin İdarə Heyətinin üzvü Müctəba Yusifi bir neçə gün əvvəl naziri sərt tənqid etmişdi.

“Səccadi beynəlxalq səviyyədə İranın abırısını aparıb, dövlət bir həftə ərzində onun istefaya göndəriləcəyinə söz verib, əks təqdirdə impiçment olunacaq”,- Yusifi mediaya verdiyi açıqlamada bildirmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button