İran

İranda yoxsulluq insanları sadəcə otaq kirayə tutmağa məcbur qoyub

İşçilərin cari il aylıq mənzil kirayə xərci 650.000 tüməndir. Ancaq kirəyəçilər bu məbləğlə nəinki ev, hətta bəzən evin bir otağını belə kirayə tuta bilmirlər.

Buna görə də, bir çox kirayəçilər ev tutmaq yerinə sadəcə otaq icarəyə götürürlər.

Bu barədə “tejaratnews” saytı xəbər yayıb. Məlumata görə, İranda sanitar qovşağı ümumi olan bir otaq icarəyə götürmək 20 milyon tümən girov və 1-2 milyon tümən aylıq kirayə haqqı tələb edir.

Ötən illə müqayisədə ev icarə haqlarının kəskin bahalaşması bir çox kirayəçiləri də dilə dətirib. Bu insanların aylıq gəlirləri inflyasiya və ev kirayə qiymətlərinin bahalaşması ilə uyğun deyil və onlar qiymət artımı qarşısında daha kiçik ev, otaq icarəyə götürməyə yaxud bölgələrə getməyə məcbur qalıblar.

Related Articles

Bir cavab yazın

Back to top button