Azərbaycan

Antiterror tədbirlərində şəhid olmuş daha 5 hərbçinin kimliyi müəyyən edilib

Qarabağda lokal antiterror tədbirlərində şəhid olanların siyahısı yenilənib. Antiterror tədbirlərində şəhid olmuş daha 5 hərbçinin adı Müdafiə Nazirliyinin açıqladığı yeni siyahıya əlavə edilib, hazırda siyahıda həlak olan 191 hərbi qulluqçunun adı var.

Qeyd edək ki, lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub. Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır.

Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir.

11 nəfərin şəxsiyyətinin Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcəyi qeyd olunmuşdu.

Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçumuz və 1 mülki şəxs yaralanıb.

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Related Articles

Bir cavab yazın

Back to top button