İran

İranda yoxsulluqdan canan doyan işçinin fəryadı

İranda yoxsulluqdan canan doyan işçinin fəryadı: Vallah, hakimiyyət yalan danışır. Bizim düşmənimiz Amerikada deyil, buradadır.
“Nəyə rəy verim? Səs verim ki, indiki oğrudan daha da oğrusu hakimiyyətə gəlsin?”
Bu videoda İranın müxtəlif şəhər və məhəllələrində keçirilən azad tribunalardan birində çıxış edən sadə vətəndaş millətin ölkədə geniş yayılmış rüşvətxorluq, fəsad, hakimiyyət məsullarının insanları aldatması, yoxsulluq, iqtisadi böhran, kəskin təvərrum və uluslararası təhrimlərdən cana doyduğunu bildirib.
Hakimiyyətin millətə qarşı riyakar davranışını vurğulayan qəzəbli vətəndaş ölkədə keçiriləcək tapşırıqlı seçkilərlə bağlı bunları deyib: “Bizim daha itirəcəyimiz heç bir şey yoxdur. Nə vaxta qədər yoxsulluq, yalan və ayrıseçkilik davam edəcək? Bu millətin şüurunu bu qədər aşağılamayın. Yaşasın sözünü yasaşın deyən, danışığını bacarmayan Adaylardan birisi popolisti hərəkətlə bu millətə nə qulluq edəbilə? Bunların hamısı biri-birindən oğru eləcə də dələduzlardılar.
O sözlərinin sonunda danışdığı sözlərdən dolayı evinə sağlam çata-çatmayacağına da işarə edib.

Related Articles

Bir cavab yazın

Back to top button