Dünyaİran

İrandakı əfqanistanlı qaçqınlara qarşı təzyiqlər artıb

İran hökuməti ilə Taliban arasında münasibətlərin yenidən gərginləşməsindən sonra İranda qaçqın həyatı yaşayan əfqanistanlılara təzyiq və onların ölkədən qovulma halları artıb.

İranın rəsmi dövlət qəzeti olan “Cumhuriye İslami” Fars əyalətində əfqanistanlıların sayının çoxluğu barədə xəbərdarlıq edib.

Qəzetin dərc etdiyi materialda bir müddət əvvəl Şirazdakı Şah Çıraq ziyarətgahına silahlı basqında bir neçə əfqanistanlının iştirakı qabardılıb.

Qəzet əyalətdə əfqanistanlıların sayının artdığını, terror aktlarının baş vermə riskinin çoxaldığını iddia edib və hakimiyyəti qaçqınlara qarşı tədbir görməyə çağırıb.

Bildirilib ki, hazırda Fars əyalətində yaşayan əfqanistanlıların sayı 358 min nəfərdir və bunların 121 min nəfəri Taliban hakimiyyəti ələ keçirdikdən sonra İrana gəliblər.

Qeyd edək ki, xüsusilə son vaxtlar İran hökumətinin əfqanıstanlı qaçqınlara qarşı qeyri-insani davranışlarını əks etdirən çox sayda video və xəbərlər yayılıb.

İran rəsmilərinin bunu təkzib etmələrinə baxmayaraq, qaçqınlara qarşı ədalətsiz və aşağılayıcı hərəkətlər bu ölkə ilə Taliban hakimiyyəti arasında münasibətlərin gərginləşməsinə səbəb olub.

Bir müddət əvvəl İran-Əfqanistan sərhəddində 11 əfqanistanlı öldürülüb, ötən 11 ay ərzində isə İranda öldürülən 470 əfqanistanlının meyiti vətənlərinə göndərilib.

Related Articles

Bir cavab yazın

Back to top button