Azərbaycanİran

İrandan Azərbaycana 6 kq-dan çox narkotik maddənin keçirilməsinin qarşısı alınıb

Sentyabrın 12-də saat 13:00-da “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində ümumi çəkisi 6 kiloqram 210 qram narkotik vasitə olan marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana  keçirilməsinin qarşısı alınıb.

Bu barədə DSX-dən bildirilib.

Qeyd edək ki, əməliyyat-axtarış tədbirlərini  Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) və Dövlət Gömrük Komitəsinin  əməkdaşları birgə keçiriblər.

Qeyd olunan fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Related Articles

Bir cavab yazın

Back to top button