İran

İrandan Azərbaycanlı fəallara sərt münasibət

Güney azərbaycanlı fəallar Tehranda Evin Zindanın 8-ci bəndinə köçürülüblər.
Bunu fəal Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlı murdadın 14-ü ailələri ilə görüşləri zamanı bildiriblər.
Qeyd edək ki, Əlirza Fərşi bir neçə gün öncə məhkəmə qüvvəsinə açıq məktub yazaraq ona qarşı ədalətsizlik olunduğunu bildirib. Habelə o, qanunsuz tutuqlanmasına etirazını ifadə edib.
Bildirək ki, İran höküməti güney azərbaycanlılara qarşı kəskin davranışını davam etdirir. Güney Azərbaycan xalqının haq səsini boğmaq məqsədilə fəallar zindanlara salınır. Bununla yanaşı, İran, fəallara ağır həbs müddətləri kəsir və müxtəlif yollarla onların mədəni fəaliyyətlərinin qarşısını almağa çalışır.

Related Articles

Bir cavab yazın

Back to top button