Dünya

Asiya inkişaf bankından koronavirusla mübarizəyə dəstək

Asiya İnkişaf Bankı indiyədək inkişaf etməkdə olan üzv ölkələrə və özəl bəxşə COVID-19-la mübarizədə yardım göstərib. Məlumata görə, virusun təsirini yumşaltmaq və aradan qaldırmaq üçün 9,3 mlrd. dollar vəsait xərclənib. Belə ki, maliyyə yardımı fevraldan başlayıb. Bu, Asiya İnkişaf Bankının koronavirusa 20 mlrd. dollarlıq cavab paketinin bir hissəsidir.
“Pandemi ilə mübarizə üçün bütün mümkün mənbələri yönəldirik. Bu məqsədlə sürətli və böyük miqyaslı əksüləməl verdik”, -deyə Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava deyib. Qeyd edək ki, bank 1999-cu ildən Azərbaycana texniki yardım, vam xətti və s. şəklində 4,61 mlrd. dollar dəstək göstərib.

Related Articles

Bir cavab yazın

Back to top button