İran

İrandan Ermənistana hərbi yardımların göndərilməsi davam edir

İran vasitəsilə Rusiyanın nizami təchizatının Ermənistana göndərilməsi davam edir. Ərdəbil şəhərində qeydə alınan görüntülərə əsasən, nizami təchizat İranın Ənzəli limanından Culfa bölgəsindəki Nurduz gömrüyünə, oradan isə Ermənistana göndərilir. Qeyd edək ki, bundan öncə də məsələ ilə bağlı məlumatlar yayılsa da, İran hökuməti rəsmi açıqlama verməyib. Sonuncu dəfə bu barədə fevriyyənin əvvəllərində xəbər yayılıb. Məlumatda İranın Ənzəli və Noşəhr dəniz limanlarında Rusiyaya aid yüzlərlə nizami maşının boşaldılması, oradan Nurduz mərz terminalı vasitəsilə Ermənistana daşınması barədə görüntülər yer alıb.
Özəlliklə Qarabağ savaşında İranın Ermənistana davamlı olaraq nizami yardım göndərməsi ilə bağlı faktlar müəyyənləşdirilib. Buna etiraz olaraq, Güney Azərbaycanın əksər şəhərlərində dəfələrlə mitinqlər keçirilib. Bu etirazlarda İranın əmniyyət qüvvələri çox sayda güney azərbaycanlını amansız işgəncələrə məruz qoyaraq tutuqlayıb. Onlardan bir çoxunun məhkəmə işi hələ də davam etdirilir.

 

 

 

Related Articles

Bir cavab yazın

Back to top button