Dünyaİran

Bayden İrana qarşı sanksi̇yalarin müddəti̇ni̇ bi̇r i̇l uzadıb

Amerika Prezidenti Cozef Bayden 1995-ci ildə Bill Klinton dəftəri zamanı İran əleyhinə tətbiq edilmiş təhrimlər rejiminin müddətini daha 1 il uzadıb. Bu barədə Ağ Evin yaydığı məlumatda bildirilib. Belə ki, Bayden 1995-ci ildə elan edilmiş İran barəsində “iztirari vəziyyət”in müddətini növbəti ilə qədər uzatması ilə bağlı Konqrəyə bildiriş göndərib. “İran hökumətinin hərəkətləri və siyasəti Amerikanın milli əmniyəti, xarici siyasəti və iqtisadı üçün qeyri-adi, habelə iztirari bir təhdid olaraq qalmağa davam edir. Bu səbəbdən də, İranla bağlı 12957 saylı fərmanla elan edilmiş milli iztirari vəziyyətin davam etdirilməsi və bu təhdidə cavab olaraq, İrana qarşı hərtərəfli təhrimlərin qüvvədə saxlanılması nəticəsinə gəldim”,-deyə Amerika prezidentinin fərmanında qeyd olunub.

Bildirək ki, 1995-ci ildən bəri hər il Amerika prezidentləri İrana qarşı 12957 saylı fərmanın müddətini uzadırlar.

Related Articles

Bir cavab yazın

Back to top button