İran

İrandan Ermənistana yük daşıyan sürücünün müsahibəsi

Jurnalist kimi fəaliyyət göstərən bir vətəndaş Ermənistana yük daşıyan təbrizli treyler sürücüsündən müsahibə alıb. Müsahibə zamanı sürücü son günlərdə gördükləri, habelə İrandan Ermənistana yük daşınması prosesindən danışıb. Vurğulayaq ki, əmniyyəti məsələlərə görə sürücü və jurnalistin adını qeyd edə bilməyəcəyik. Müsahibə zamanı jurnalistin siz Ermənistana hansı növ yük aparmısınız sualına sürücü cavabında bildirib: “Mən bir neçə ildir ki, Ermənistana yük daşıyıram. Bu yüklər yemək məhsulları, geyim və simandan ibarət olub. Ancaq son günlər bizi Tehranın şərq tərəfinə yönəltdilər. Fikrimcə, kisələrin içində şimyayi maddələr var idi”. Daha sonra sürücü Ermənistanın ümumi vəziyyəti ilə bağlı bildirib ki, ölkədə şiddətli böhran vəziyyəti hakimdir. Hər tərəfdə nizami qüvvələri görmək olar. İnsanları şiddətlə kontrol edirlər. Adi camaat qorxu içindədir. Sürücülərin savaş bölgələrinə yaxınlaşması qadağandır. Biz yalnız öncədən bildirilmiş yollarla hərəkət etməliyik. Ölənlərə yas mərasimi keçirilməsi yasaq edilib. Məncə bunun səbəbi itgilərin çox olması ilə ilgilidir”. Daha sonra sürücü göy örtük ilə savaş bölgələrinə hərəkət edən onlarla treyler gördüyünü qeyd edib: “İran göy örtüklü 10-15 yük treylerini nümayiş üçün Ermənistanla ortaq iqtisadi məntəqədə saxlayıb. Mən şəxsən nizami təchizat daşıyan 50-dən çox treyleri Ermənistanda gördüm. İran tamamilə yalan danışır. Savaşdan öncə Norduz mərzindən bir yük maşınının tərxis olunması təqribən 7-8 saat zaman alırdı. Savaş başladıqdan sonra həmin müddət 1 və ya 2 saata düşüb. Savaşdan öncə buradan gündəlik olaraq 10- 20 yük maşını keçirdi. Hazırda bu rəqəm 80-90-a yüksəlib. Nizami təchizatdan başqa yanacaq yükləri 2-3 qat artıb. Bundan əlavə şimiyayi maddə, buğda, un, qarğıdalı, çadır kimi malların adını çəkə bilərik”,-deyə sürücü bildirib. Jurnalistin erməni xalqı savaş barəsində nə düşünür sulalına o, cavabında deyib: “Onlar savaşdan da, liderlərindən də beziblər. Ancaq etirazdan da çox qorxurlar. Bir zəif təzahuratda etirazçılarla şiddətli davrandılar. Kişilər orduya aparılma qorxusu ilə evdən çıxa bilmirlər. Xalq qıtlıq olacağı qorxusu ilə ərzaq zəxirə edir. Polis hər şeyə nəzarət edir. Polis yük daşıyan sürücülərə mərzdən keçərkən və ya çıxarkən video çəkilməsinin qadağan olduğunu bildirir. Hətta video çəkilməsi ilə bağlı şübhələndikləri bir sürücünü Qafanın girişində 2 saat saxladılar. Onun telefonunu belə qaytarmadılar. Erməni xalqının qalib olmağa heç bir ümidi yoxdur. Polis əsgərlik kartı olmayan hər bir kəsi tutub cəbhəyə aparır. Bir çox gecələr şəhərlərdə çıraqlar söndürülür. Bu bəlkə də elektirikin təmin edilə bilinməməsi ilə bağlıdır. Yanacağı Qarabağa göndərdikləri üçün qıtlıq yaşanır”. Daha sonra sürücü şübhəli maşınlarla bağlı da fikir bildirib. “ Şirazlı bir sürücü mənə deyirdi ki, maşınımı Tehranın Pərənd Məcmuəsinə aparmaq istədilər. Girişdə məni düşürərək maşını apardılar. Özləri yük olan polomp etdikləri maşını mənə verdilər. Mənə tapşırdılar ki, bəlli edilmiş bir yolda hərəkət edəcəksən. Dedilər ki, Cİ.Pİ.ES ilə 24 saat səni kontrol edirik. Dediyinə görə, onunla birgə hərəkət edən oxşar yük maşını 5 treyli idi. Bizə demişdilər ki, yükünüz bahalı parçadır. Ancaq o, deyirdi ki, yük mühümmata oxşayır. Bizi mərzə qədər 6 minik maşını iskort etdi. Ermənilər yükü boşaldarkən sürücünü uzaqlaşdırıblar. Onun dediyinə görə, yükdən qazol və ya qırız qoxusu gəlirmiş”,-deyə sürücü əlavə edib. Bildirək ki, sürücü bir neçə gün öncə Ermənistana yük aparıb və erməni dili ilə tanışlığı var.

Related Articles

Bir cavab yazın

Back to top button