“İribnews” xəbər verir ki, Şəhriyar Heydəri İran və Ermənistan arasında sərhədin bağlanması ilə bağlı bəzi fitnələrə toxunaraq deyib: “İranın ali rəhbərinin Ərdoğan və Putinlə görüşündə vurğuladığı kimi, İran İslam Respublikası iki ölkənin sərhədlərinin bağlanmasına icazə verməyəcək”.
İran İslam Respublikasının 15 ölkə ilə uzun quru və dəniz sərhədlərinin olmasına toxunan millət vəkili bildirib: “Bu arada, İslam Respublikası dost ölkə və qədim qardaşımız olan qonşu Ermənistanla 47 kilometr sərhədi bölüşür”.
O, işğalçı Ermənistanın Qafqaz bölgəsindəki strateji mövqeyinə toxunaraq qeyd edib: “Bu məsələ Ermənistan üçün çoxlu problemlər yaradıb. Onlardan biri Ermənistan və Azərbaycan arasında hərbi qarşıdurma ilə başa çatan Qarabağ münaqişəsi idi, lakin problem siyasi və diplomatiya yolu ilə ciddi və əsaslı şəkildə həllini tapmalıdır”.
“Bununla əlaqədar İran İslam Respublikası hesab edir ki, hər iki ölkə məsələni siyasi həll yolu ilə həll etməlidir. Digər tərəfdən, bəzi transregional ölkələr İranı bir kənara vurmaq üçün Ermənistanla Naxçıvan arasında dəhliz yaratmağa çalışsalar da, Ermənistan və İran region ölkələrinin ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayır”,-deyə Heydəri iddia edib.
O, habelə Xameneinin xüsusilə İranın şimalındakı ölkələrin ərazi bütövlüyünün qorunub saxlanmasını xüsusi vurğuladığını xatırladıb: “Bizim Ermənistanla 47 kilometr ümumi sərhədimiz var, onun bir hissəsi sərhəddəki Araz çayıdır və biz bu sərhədlərə heç bir xələl gəlməsinə imkan vermərik”.(https://t.me/AzadIranTelegram/8697)