İran

İranın Bakıdakı keçmiş səfiri: Qarabağ nizamalanması ilə bağlı sülh prosesi sürətlənib

İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani “İran diplomatiyası” saytında yazır:

“Bölgədə enerji qovşağına çevrilmək planını həyata keçirən Türkiyə Azərbaycanın tərəfdarı və NATO üzvü kimi qaza olan tələbatının bir hissəsinin Azərbaycandan təmin edilməsi ilə bağlı Qərbin yanaşmasını dəstəkləyir. Ankaranın Rusiya ilə münasibətlərinin yaxşı olmasına və bu ölkədən qaz idxal etməsinə baxmayaraq, Rusiyanın sanksiyalara məruz qalmasına görə Türkiyənin yanaşmasını dəyişmək üçün təsirli aləti yoxdur.

Digər tərəfdən, Türkiyə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının gedişi ilə paralel olaraq, bu ölkə ilə sərhədlərin açılmasını prioritet tutmaqla İrəvanla münasibətləri normallaşdırmağa çalışır ki, bu da eyni vaxtda müsbət nəticələnsin.

Rusiyanın Ukraynaya təcavüzündən sonrakı dövrdə Qarabağ böhranının yekun həlli və Azərbaycanla Ermənistanın sərhədyanı ərazilərinin müəyyən edilməsi, iki ölkə arasında sülh sənədinin imzalanması, Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılması yönündə Cənubi Qafqazda diplomatik fəallıq Bakı, İrəvan, Tiflis, Ankara, Moskva, Brüssel və Vaşinqton tərəfindən artıb və bir sıra məsələlərdə əməli addımlar da atılıb”.(https://t.me/AzadIranTelegram/8700)

Related Articles

Bir cavab yazın

Back to top button