İran

İrandan “tətik mexanizmi” barədə toplantıya münasibət

Birləşmiş Millətlər Təşkilatının Əmniyyət Şurasının şəhrivərin 4-də keçirdiyi toplantısı “Amerikanın bir daha təcrid olmasına” dəlalət edir. Bu barədə şərhivərin 5-də İranın Birləşmiş Millətlər Təşkilatında nümayəndəliyi bildirib.
İranın nümyəndəliyinin Əmniyyət Şurasının 2231 saylı Qətnaməsini müdafiə edən bəyaniyyəsində məsələyə aydınlıq gətirilib. Bəyaniyyədə qeyd edilib ki, Amerikanın hədəfi BƏRCAM-ın və 2231 saylı Qətnamənin məhv edilməsidir.
Əmniyyət Şurasının rəisi şəhrivərin 4-də bildirib ki, təhrimlərin İrana yenidən tətbiqinə dair Amerikanın istəyi şura üzvləri arasında fikir ayrılıqlarına səbəb olur. Buna görə, Şura Amerikanın belə bir istəyi yöndə işlər görə biləcək səlahiyyətdə deyil.
Amerikanın təşkilatdakı səfiri Keli Kraft da məsələyə münasibət bildirib. O, şura üzvlərinin bu cavabını Orta Şərqdə silah rəqabətinin yaranmasına səbəb olacaq məsələyə əhəmiyyət verməmək kimi dəyərləndirib.

Related Articles

Bir cavab yazın

Back to top button