Bölgəİran

İrandan Türkiyəyə göndərilən narkotik maddələr saxlanılıb

İrana məxsus treylerdə külli miqdarda narkotik maddə aşkarlanıb.

Türkiyə təhlükəsizlik məmurları bu ölkənin Gorbulaq sərhəd məntəqəsində İrana məxsus iki treylerdən 245 mindən çox psixotrop həblər aşkarlayaraq götürüblər.

Türkiyə Jandarmının İnsan Alverinə Qarşı Mübarizə bölmələri Ağrının Doğu Bəyazid şəhərinin baş prokurorunun apardığı məhkəmə istintaqı çərçivəsində Gorbulaq sərhədində İran mənşəli iki yük maşınından 61 ayrı plastik torbada 245 min 120 psixoaktiv həb götürüb.

Hər iki yük maşınının sürücüsü həbs edilib, faktla bağlı Doğabəyazid prokurorluğunda araşdırmalar davam etdirilir.

Related Articles

Bir cavab yazın

Back to top button