Dünya

Ukrayna Rusiya ərazisinə zərbə endirib

Ukrayna Rusiyanın 2 vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib. Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus 5 PUA Voronej, 4 PUA isə Belqorod vilayəti üzərində vurulub.

Ukrayna ordusunun pilotsuz uçuş aparatlarının hücumundan sonra Rusiyanın Voronej vilayətində fövqəladə vəziyyət elan edilib.

Bu barədə vilayətin mərkəzi Voronej şəhərinin meri Vadim Kstenin teleqramda yazıb.

O bildirib ki, dəymiş ziyanın hesablanması üçün komissiya yaradılıb.

Hava hücumuna məruz qalan evlərin sakinləri təxliyə edilib.

Related Articles

Bir cavab yazın

Back to top button