İran

İranlı nazir Taliban hökumətinin qadınlara qarşı təzyiqlərinə bəraət qazandırıb

Aprelin 13-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən Əfqanıstan Qonşularının dördüncü iclasında İran XİN başçısı Hüseyn Əmir Abdullahiyan Taliban hökumətinə dəstək verib

O, Taliban nümayəndəsinin Əfqanistanda qızların təhsilinə qoyduğu məhdudiyyətlərlə bağlı mövqeyinə bəraət qazandırıb:

“Qızların və qadınların təhsili və işlə təmin edilməsi üçün Əfqanıstan hökumətinin zəruri dini şəraitin yaradılması ilə bağlı səyləri başa düşüləndir”.

Qeyd edək ki, Taliban hökuməti təhsil və iş şəraitinin dini qaydalara uyğunlaşdırılmasına kimi qadınların təhsil və işləməsinə qadağalar tətbiq edib. Əfqanıstanın təhsil naziri vəzifəsini icra edən Nada Mohammed Nadeem deyib ki, qadınlar üçün təhsil 20-ci əsrdə ölkəyə gətirilən yad mədəniyyətin bir hissəsidir.

Related Articles

Bir cavab yazın

Back to top button