İran

İranın əksər şəhərlərini toz-duman bürüyüb: Tehran dünyanın ən çirkli şəhərinə çevrilib

İranın qərb və mərkəzi vilayətlərində toz-dumanla müşayiət olunan əlverişsiz və təhlükəli hava şəraiti hökm sürür.

“Aznews tv”xəbər verir ki, mütəxəssislər bu cür havanın İraqdan ölkəyə daxil olduğu qənaətindədirlər.

İranın Hidrometeoroloji Proqnozlar Təşkilatı isə bildirir ki, qarşıdakı 3 gün ərzində güclü külək əsəcəyi və toz-dumanla müşayiət olunan havanın digər bölgələrə də yayılacağı gözlənilir.

Onsuzda çirkli şəhər hesab edilən Tehranda da mövcud vəziyyətin hökm sürməsi səbəbindən vilayətin Hidrometeoroloji Proqnozlar İdarəsi paytaxt və ətraf bölgələrdə hava çirklənməsinin narıncı xəbərdarlıq səviyyəsində olduğunu bildirib.

Bununla belə, bəzi saatlarda Tehranda havanın keyfiyyət göstəricisinin 491-ə yüksəldiyi, yəni qırmızı həddə çatdığı bildirilir. Bu isə bütün yaş qrupları üçün təhlükəli hesab edilir.

Related Articles

Bir cavab yazın

Back to top button