İran

İranın əmək naziri istefa verib

İranın əmək, kooperasiya və sosial rifah naziri Höccətullah Əbdülməliki istefa verib. O, bununla bağlı İran prezidenti İbrahim Rəisiyə müraciət edib.

Höccətullah Əbdülməliki istefa ilə bağlı müraciəti özünün tvitter hesabında paylaşıb.

O,  hökumət kabinetində koordinasiyanı artırmaq üçün istefa verdiyini bildirib.

İran mediası Əbdülməlikinin istefasının hökumət tərəfindən təsdiqlənəcəyini yazıb.

İddiaya görə, birinci vitse-prezidentin iqtisadi koordinasiya və nəzarət üzrə müavini Zahidi Vəfa Əmək, Kooperasiya və Sosial Rifah naziri təyin ediləcək.

Related Articles

Bir cavab yazın

Back to top button