Dünya

Türkiyədə iranlı terrorçular həbs edilib

Türkiyənin Milli İstihbarat Təşkilatı İran İnqilab keşikçiləri Korpusunun Qüds qüvvələrinə qarşı əməliyyat keçirib.

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) bəyanat yayaraq bu ölkədə israilli turistlərə qarşı terror törətmək istəyən İrana bağlı şəxslərin saxlanıldığını bildirib.

Bəyanatda Türkiyənin 18 şəhərində eyni vaxtda keçirilən əməliyyat zamanı bir çoxunun İan İnqilab keşikçiləri Korpusunun Qüds qüvvələrinin üzvü olan şəxslərin həbs olunduğu qeyd olunub.

Onların məqsədlərinin İsrail vətəndaşları və İran hökumətinə müxalif şəxslərin oğurlanması olduğu deyilir.

Qeyd edək ki, bundan öncə İsrailin təhlükəsizlik qüvvələri İranın İsrailin Türkiyədəki hədəflərinə hücum cəhdlərinin qarşısınının aldığı barədə məlumat yayılıb.

Məlumata görə, İsrail təhlükəsizlik rəsmiləri Ankara rəsmilərinə Türkiyə torpaqlarında İsrail hədəflərinə hücum etmək niyyətləri barədə məlumat verib və hücumların qarşısını almaq üçün onlardan kömək istəyib.

“Planlaşdırılan hücumlar Türkiyədə yerləşən İran şəbəkəsi tərəfindən həyata keçirilməli idi”-deyə, “Kan” televiziyası bildirib.

İsrailin yüksək rütbəli siyasi və təhlükəsizlik rəsmiləri son həftələr Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Azərbaycan Respublikası və Türkiyə kimi İrana qonşu ölkələrə səyahət edən İsrail vətəndaşlarına qarşı cavab hücumları ehtimalından narahat olduqlarını bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button