İran

İranın 15 şəhərində şagirdlər zəhərlənib

Sərvistan şəhərinin İran parlamentindəki millət vəkili Əbdüləli Rəhimi Müzəffəri şagirdlərin zəhərlənmə hallarının artıq 15 şəhərdə baş verdiyini deyib.

Parlament başçısı Məhəmmədbaqir Qalibafın məsələ ilə bağlı mövqeyini tənqid edən millət vəkili vəkili parlametin səhiyyə komissiyasının zəhərlənmələrlə bağlı araşdırmalar aparmasını tələb edib.

Müzəffəri də başqa İran rəsmiləri kimi şagirdlərin zəhərlənməsini fitnə adlandıraraq bunun xaricdən idarə olunduğunu iddia edib.

Qeyd edək ki, bu son bir neçə həftə ərzində İranın bir neçə şəhərində baş verən və yüzlərlə şagirdin zəhərlənməsi ilə nəticələnən neçənci hadisəsidir.

Bundan öncə İran rəsmiləri, o cümlədən təhsil naziri Yusif Nuri zəhərlənmə barədə xəbərlərin şayiə olduğunu iddia etmişdi.

İranın baş prokuroru tələbə və şagirdlərin zəhərlənmələrində sui-qəsd amilinin ola biləcəyi ehtimalı barədə danışıb və bunun səbəblərinin araşdırılmasını istəyib.

Related Articles

Bir cavab yazın

Back to top button