Kəskin hava durumu ilə ilgili olaraq, İranın 16 əyalətində yollarda hərəkət məhdudlaşıb. Yolların İdarə Olunması Mərkəzinin müdiri Əli Əkbər Aşuri bildirib ki, Gündoğan yolunda və Qəzvin-Rəşt baş yolunda hərəkət çətinləşib. 16 əyalətdə, o cümlədən Doğu Azərbaycan, Batı Azərbaycan, Ərdəbil, Zəngan, İsfahan, Kürdüstan, habelə Fars, Mazandaran və Gilan əyalətlərində qar və yağış yağıb. Qurum rəsmisinin sözlərinə görə, yollarda quraşdırılmış 2300 yolüstü keçmə-sayar qurğusu və 800 görüntülü nəzarət dürbini işlək vəziyyətdədir.
Kərəc-Tehran-Kərəc baş yolunda gündəlik olunmuş gediş-gəliş sayının 242 min olduğu bildirilib. Bunlardan 122 mini Kərəc-Tehran, 121 mini Kərəc-Qəzvin, 120 mini isə Tehran-Kərəc baş yolunun payına düşür. Əli Əkbər Aşuri deyib ki,
Ələhvaz əyalətində Şimşək-Dizeyn, Məscid Süleyman-İzə fəri yolları, Mazandaranda Vazək-Bəldə, Köhkiliuyə-Boyer Əhməd Əyalətində Sisəxt-Padina fəri yolu və Şəhdad-Nəhbəndan yolu növbəti bildirişə qədər bağlıdır.