İran

İranın Abadandakı neft emalı zavodunda güclü partlayış olub

İranın cənubunda Xuzistan əyalətinin Abadan şəhərinin neft emalı zavodunda güclü partlayış baş verib

Partlayış güclü olmasına görə onun səsinin başqa bölgələrdə də eşidildiyi bildirilir.

İran mediası hadisənin bu zavodun 3-cü faza qurğularından birinin işə salınması zamanı”soba partlaması” nəticəsində baş verdiyini yazıb.

Abadan Neft Emalı Şirkətinin ictimaiyyətlə əlaqələr bölməsi də xəbəri təsdiqləyib və Abadanda eşidilən partlayışın kükürd istehsalı qurğusunun sobasını işə salan zaman texniki nasazlıq nəticəsində baş veridiyini bildirərək insan tələfatının olmadığını qeyd edib.

Abadan neft emalı zavodu İranın ən böyük neft emalı zavodlarından biridir və ölkənin yanacağa olan tələbatının 25%-ni təmin edir.

Son illər İranda strateji iqtisadi mərkəzlər, neft emalı zavodları və şirkətlərində dəfələrlə və davamlı olaraq yanğın hadisələri, partlayışlar baş verib.

Əksər hallarda məsul orqanlar bu qəzaların dəqiq səbəbləri barədə yetərli məlumat verməkdən imtina ediblər

Related Articles

Bir cavab yazın

Back to top button