İran

İranın ali rəsmisinin ailəsinin alış-veriş üçün Türkiyəyə getməsi ölkədə kəskin etiraz doğurdu

İran parlamentinin sədri Məhəmmədbaqir Qalibafın xanımı, qızı və kürəkəninin yeni doğulmuş körpələri üçün geyim və aksesuarlar kolleksiyası almaq üçün Türkiyəyə səfər etməsi geniş reaksiyalara səbəb olub.

Bəzi siyasi fəallar onu istefaya səsləyiblər. Məsələyə münasibət bildirən Qalibafın oğlu sözügedən səfəri təsdiq edib, lakin bunu bacısının və onun ərinin bağışlanmaz səhvi olduğunu bildirib.

Dünən sosial şəbəkələrdə yayılan görüntülərdən sonra məlum olub ki, çoxlu yüklə birlikdə İstanbuldan Tehranın “Xomeyni” hava limanına eniş edən şəxslər məhz Türkiyədən yenicə doğulmuş körpələri üçün alış-verişdən qayıdan Qalibafın xanımı Zəhra Moşir, qızı Məryəm Qalibaf və kürəkəni Əmirrza Bəhirayi olub.

Xatırladaq ki, Qalibaf 2017-ci il seçki debatları zamanı xaricdən uşaq aksesuar və geyimlərinin idxalını sərt tənqid edib

Related Articles

Bir cavab yazın

Back to top button